«ATROPATENA-AMP»şirkəti 1994-cü ildə qeydiyyatdan keçib, 2004-cü ildə isə intensiv olaraq fəaliyyətə başlayıb. Şirkət elektrik və kiçik tikinti-təmir işləri ilə məşğul olur.

 “Bank Standart” şirkətlə ilk əməkdaşlıq edən qurumdur.

Şirkətin direktoru Əliyev Paşa Məhərrəm oğlu elektrik mühəndisidir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib və bu sahədə mütəxəssisdir.

“ATROPATENA-AMP" şirkəti bütün növ elektrik şəbəkələri və kabellərinin quraşdırılması ilə məşğuldur.

Həmçinin, şirkət santexnika avadanlıqları, döşəmə və metlax, alçıpan, kafel və başqa tikinti məhsullarının quraşdırılması ilə məşğul olur. İşlər şirkətin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir.

Şirkət əsasən şəhərdə yerləşən evlərdə fəaliyyət göstərir. Bununla yanaşı ofis və anbarlarda da elektrik işləri görür.

“ATROPATENA-AMP"-nın direktoru hər zaman iş prosessində iştirak edir.

Şirkət rəsmi qaydada “Bank Standart”, “Samada” (anti-dopinq şirkəti), “Bank Avrasiya” və başqaları ilə işləyib.

İş prosessində tikinti qaydalarına əməl edilir, təsdiq olunmuş təhlükəsizlik qaydalarına əsasən fəaliyyət göstərilir.

İşin təhvil verilməsi müddəti otağın həcmindən asılıdır. Birinci inşaat işləri aparılır, sonra cihazların və kommutatorların quraşdırılması həyata keçirilir.

İş maksimum 25 gün çəkə bilər. İş vaxtında və səmərəli həyata keçirilir.

Şirkət fəaliyyət göstərən vəzifəli şəxslərlə müqavilə bağlayır. Ödəniş həm nəğd, həm də köçürmə yolu ilə edilə bilər.